+99412 310-03-33 +99412 441-33-70 +99412 409-31-33 +99450 241-33-03 +99450 271-33-03|info@paramed.az

Demirov xesteliyi

//Demirov xesteliyi

Demirov xesteliyi

Psoriaz – xroniki residiv verən xəstəlikdir. Psoriazın əlaməti – dəri üzərində çoxsaylı və müxtəlif formalı pullu kəpəklərin əmələ gəlməsidir.

Kəskinləşmədən kənar dövrdə kəpəklər dirsək və diz oynaqlarının bükülən səthlərində cəmləşir.

Kəskinləşmə zamanı səpgilər bədənin digər sahələrinə və başın tüklü hissəsinə də yayılır. Xəstəlik kosmetik eybəcərliyə – defektə səbəb olur, bəzi hallarda bir qədər qaşınma da verir. Psoriazın kəskinləşməsi, adətən, qış və payız mövsümlərinə təsadüf edir.

Düzgün aparılmayan müalicə, güclü təsirə malik müxtəlif vasitələrin dəriyə sürtülməsi (məsələn, qatran və s.), ixtisaslı tibbi yardımdan imtina edərək ara həkimlərinə, cadugərlərə, sehrbazlara müraciət etmək, xəstəliyin bütün bədənə yayılmasına və hətta oynaqların zədələnmələrinə də səbəb ola bilər!

Psoriaz – irsi xəstəlikdir. Digər tərəfdən o, insanın bütün həyatı boyu özünü büruzə verməyə də bilər. Güclü stres, keçirilmiş xəstəliklər, maddələr mübadiləsi pozğunluqları və s. xəstəliyin başlanmasına təkan verən amillərdir.

Psoriazlı uşaqlar daim həkim-dermatoloqun nəzarəti altında olmalıdırlar. Bu zaman dermatoloq hər bir uşaq üçün ona uyğun olan fərdi müalicə planı tərtib edərək onun yerinə yetirilməsinə nəzarət edir.

By |2019-01-15T11:40:45+00:00January 15th, 2019|Псориаз|0 Comments

About the Author:

Leave A Comment